
Boyun ağrıları, Boyun yırtıqları və Servikal radikulopatiyalar
Boyun ağrıları yaranma səbəbləri hansılardır?
Boyun ağrıları haqqında danışmazdan əvvəl bildirmək istərdim ki, insan bədənində yaranmış hər hansı bir ağrının mənbəyini tapmaqla biz başlayacağımız müalicənin ilk düzgün addımını atmış oluruq. Bugünki məqalamizin əsas mövzusuna baxsaq əgər sizin şikayətiniz boynunuzda ağrılar, əllər və qollarınızda keyimə, yanma və hərəkət zamanı yaranan güc zəifliyidirsə, bu sizin onurğanızın boyun şöbəsində yaranmış problemdən xəbər verir. Həmçinin bəzi xəstələrdə bu zaman başda, ənsə nahiyəsində ağrılar və qulaqda səs-küy baş verə bilər. Bunların yaranma səbəbləri onurğa beynindən çıxan sinir kökcüklərindən ətraflar, əllər istiqamətində yayılan şaxələrdir. Hər hansı səbəbdən onurğa beynin boyun şöbəsindəki sinir kökcükləri sıxıla bilər ki, bu proses Radikulopatiya adlanır.
Sıxılma səbəbləri:
- Boyun yırtığı: Boyun fəqərələrarası disklərdə diskin tamlığı pozulduqda onlar arasındakı fibroz halqalar qırılır və diskin içindən nucleus pulposis xaricə çıxıb sinir kökcüyünü sıxır.
- Spinal stenoz: Başqa sözlə dar kanal dedikdə onurğa beynin sıxılması və ya fəqərələrarası məsafə və arasından keçən sinirlərin sıxılması nəzərdə tutulur.
- Degenerativ disk xəstəliyi: Diskin yaşla və ya iltihabla əlaqədar struktur dəyişikliyindən sonra disk öz elastikliyini itirir.
Boyun ağrıları yaradan patalogiyaların müalicəsi
- Dərman müalicəsi
- Servikal epidural steroid inyeksiyası
- Fizioterapiya
- Reabilitasiya və idman hərəkətləri
Servikal epidural steroid inyeksiyası hal-hazırda Avropa və Amerikada son istifadə olunan metodlardan biridir. Bu işləm rentgenoskopiyanin nəzarəti altında həyata keçirilir. Bu zaman xüsusi iynə vasitəsilə boyun nahiyəsinə müəyyən səviyyədə girilir, sarı bağı dəlib keçərək epidural nahiyyəyə dərman yeridilir.
Aparılan bu müalicələrlə biz həmin ağrını aradan götürməklə yanaşı həm də disk yırtığının ölçülərini azaldırıq. Degenerativ dəyişikliyə uğramış diski əvvəlki normal vəziyyətinə gətirir və elastikliyini bərpa edirik.