
Üçlü sinir nevralqiyasında radiofrekans ilə müalicəsi
Üçlü sinir nevralqiya zamanı xəstələrin çoxunda üz nahiyəsinin müxtəlif bölgələrində göz, yanaq, alt və üst çənədə şiddətli, dözülməz və ildırımvari ağrılar olur. Bəzən bu ağrılara səhv dioqnoz qoyulub, dişlərin çəkilməsinə səbəb olur. Bu xəstəliyin səbəbi çox vaxt məlum olmur və dərmanlarla müalicə başlanılır. Dərmanlar ilk vaxtlarda öz müalicə effektini göstərir. Lakin uzunmüddətli istifadə müalicə təsirini azaldır və qaraciyər və böyrəkləri zədələməsinə səbəb olur.
Buna görə dünya qızıl standartı olaraq təsdiq olunmuş radiofrekans lazer cihazı ilə üçlü sinirin qanqlion denervasiyası təyin olunur. Rentqenoskopiya cihazı altında girəcək yeri təyin edirik və sinirə 1 mm-dək iynə ilə yaxınlaşıb onu lazer ilə zərərsizləşdiririk. Bu işləm 3 dəqiqə çəkir və xəstə dərhal yaxşılaşaraq evə yazılır.